Millimizin hücumçusu Avropanın məşhur klubunda

23 Avqust 2020 20:00 Milli komanda 1 712
Millimizin hücumçusu Avropanın məşhur klubunda

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun yeni iş yeri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı futbolçu yeni mövsümü İsveçrənin “Qrasshoppers”də keçirəcək.

Bu barədə Sürix klubunun rəsmi saytı məlumat yayıb. Müqavilə ilə "Vulverhempton"a məxsus olan millimizin forvardı bir illik icarəyə götürülüb.

Dadaşov geridə qalan mövsümün əvvəlində Portuqaliyanın “Pasuş de Ferreyra” klubuna icarəyə verilsə də, qışda bu komandadan ayrılaraq İngiltərə təmsilçisinin gənclərdən ibarət kollektivində oynamağa qərar vermişdi.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!
25 Noyabr 09:00 "Neftçi"dən yeni satış