Millimizin forvardından bir qol, bir məhsuldar ötürmə - VİDEO

23 Avqust 2020 16:00 Milli komanda 1 258
Millimizin forvardından bir qol, bir məhsuldar ötürmə - VİDEO

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov ABŞ Milli Liqasında "Finiks Rayzinq"in heyətində növbəti qolunu vurub.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu bu dəfə "Las-Veqas Layts" ilə səfər matçında fərqlənib.

Meydana start heyətdə çıxan Dadaşov 5-ci dəqiqədə hesabı açıb. Beləliklə, o, mövsümdə 6-cı qoluna imza atıb. Sonadək meydanda olan təcrübəli forvard 68-ci dəqiqədə məhsuldar ötürmə ilə də yadda qalıb.

Görüş isə 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Hazırda "Finiks Rayzinq" B qrupunda 9 oyundan 20 xalla liderdir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”