"SEVİRƏM" - O. De Byazinin təcrübəsinə ümid bəsləyir

22 Avqust 2020 12:58 Milli komanda 1 255
"SEVİRƏM" - O. De Byazinin təcrübəsinə ümid bəsləyir

«Canni De Byazinin millidə uğurlu ola biləcəyinə ümid edirəm».

Sportinfo.az xəbər verir ki, yığmamızın yarımmüdafiəçisi Elvin Camalov italiyalı mütəxəssisin təyinatına müsbət yanaşıb.

O, yeni baş məşqçinin təcrübəsinə güvənir: «Bunun sayəsində millimizdə yaxşı işlər görəcəyinə inanıram. Milliyə dəvət olunmaq hər bir futbolçu, idmançı kimi, mənim də arzumdu.

Hər oyunda özümü yaxşı tərəfdən göstərməliyəm ki, baş məşqçinin diqqətini çəkə bilim. Dəvət alsam da, əsas heyətdə möhkəmlənmək əsas məqsədimdir.

İtalyanlar müdafiə və yarımmüdafiə xəttinə xüsusi önəm verirlər. Azərbaycan millisi üçün də bu mövqeydə kifayət qədər seçim var. De Byazinin məni seçməsi nə qədər real görünür?

Rəqabəti hər zaman sevirəm. Mövqeyimdə oynayan futbolçular çoxdur. Çalışacam ki, ən yaxşılar arasında mən də olum. Bunu bacaracağıma əminəm».

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”