Rövnəq Abdullayev Canni De Byaziyə məsləhət verdi - FOTO

19 Avqust 2020 18:06 Milli komanda 2 699
Rövnəq Abdullayev Canni De Byaziyə məsləhət verdi - FOTO

AFFA-nın prezidenti Rövnəq Abdullayev milli komandanın baş məşqçisi Canni De Byazi ilə görüşüb.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA prezidenti baş məşqçiyə yeni fəliyyətə başladığı işində uğurlar arzulayıb.

C. De Byazi Bakıda olduğu müddətdə Premyer Liqa klublarının iştirakı ilə keçirilmş yoxlama oyunlarını və bir neçə klubun məşq prosesini izlədiyi barədə məlumat verib.

UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək oyunlara hazırlıqla bağlı fikir mübadiləsi aparılıb. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov da iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!
25 Noyabr 09:00 "Neftçi"dən yeni satış