Liqa ləğv olunmayacaq

19 Avqust 2020 15:04 Milli komanda 1 157
Liqa ləğv olunmayacaq

Azərbaycan millisinin də iştirak edəcəyi UEFA Millətlər Liqası ləğv edilməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiyanın "Sport-express" nəşri məlumat yayıb.

UEFA dünən gecə və bu gün səhər saatlarında milli federasiyalarla məsləhətləşib və turniri ləğv etməmək barədə əsaslı qərar qəbul edib.

İddiaya görə, "böyük beşlik" ölkələrinin təmsilçiləri sıx qrafik səbəbindən Millətlər Liqasının 2020-ci ildə keçirilməməsini istəyiblər. Onlar belə şəraitdə milli komandalar üçün əlavə turnirin təşkilini mümkünsüz hesab ediblər.

Bundan əlavə, milli komandaların oyunları ləğv edilərsə, yığmalar bir ildən çox matç keçirə bilməyəcəklər. Belə hal İkinci Dünya mübaribəsindən sonra yaşanmayıb.

Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburqa, ikinci matçını isə 3 gün sonra səfərdə Kiprə qarşı keçirməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”