Millinin yeni baş məşqçisi Canni De Byazi AFFA qarşısında qeyri-rəsmi öhdəlik götürüb.
Sportinfo.az-ın məlumatına görə. o, U-19, U-21 və əsas yığmalarımızın formasını geyinən gəncləri İtaliya klublarına təklif edəcək.
Çalışdırıcı Seriya A-nın ortabab və Seriya B-nın iddialı kolmandalarının nümayəndələri ilə bu barədə danışıqlar aparacaq. Düzdür, o, hansısa oyunçumuzu ölkəsinə göndərəcəyinə söz verməyib, ancaq vasitəçilik missiyasına böyük vaxt ayırac\ağına vəd verib.
De Byazinin aşağı yaş qrupları üzrə yığmaların hazırlıq prosesini yaxından izləməsi həm də bu səbəbdəndir.

