"Mən təkbaşına Azərbaycana uğur qazandıra bilmərəm"

17 Avqust 2020 13:12 Milli komanda 1 200
"Mən təkbaşına Azərbaycana uğur qazandıra bilmərəm"

"Şərtlərə və vəziyyətə uyğunlaşmaq lazımdır".

Sportinfo.az xəbər verir ki, bu fikirlər millimizin baş məşqçisi Canni De Byaziyə məxsusdur.

Onun fikrincə, A Seriyasından sonra Albaniya və Azərbaycan kimi ölkələrdə işləmək çətindir: "Kimsə "Real"ı, İngiltərə və Belçika millisini çalışdırmaq istəyir.

Mən isə Azərbaycan seçməsinin baş məşqçisiyəm və bundan məmnunam. Bu komandanı mümkün qədər yüksəyə qaldırmaq üçün bütün bilik və bacarıqlarımı göstərməyə hazıram.

Azərbaycanın reytinqdə yüksəlməsini, uğur qazanmasını istəyirəm. Bunu tək edə bilmərəm. Birlik lazımdır. Oyunçularımla yanaşı, hər kəsin yardım əlini uzatmasına ehtiyac var.

Toya getmək asandır, yasa getmək isə yox. Yaxşı oynamalıyıq ki, küçəmizdə hər zaman bayram olsun. Dəstəksiz bunu etmək mümkün deyil".

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”