"Mənim komandamda "mən" yoxdur, "biz" varıq"

15 Avqust 2020 16:14 Milli komanda 808
"Mənim komandamda "mən" yoxdur, "biz" varıq"

"Çətinliyimiz olmayacaq, bunlar öhdəsindən gəlinəcək şeylərdiı".

Sportinfo.az xəbər verir ki, millimizin baş məşqçisi Canni De Byazi belə deyib.

İtalyan çalışdırıcı Azərbaycanda dil və ünsiyyət probleminin olmayacağını söyləyib: "İtaliyada yaşamış azərbaycanlı əla tərcüməçim var. O, mənə çox kömək edəcək.

Digər tərəfdən, futbolun dili birdir. Bu, top və meydandır. Burada hər şey bəyənilməlidir. Fikrimcə, hazırda əsas problem mənim futbolçularımdan nə istədiyimi onlara çatdıra bilməyimdir.

Nə istəyə bilərəm? Maksimum əzmkarlıq, istək, komandada özünü hamıdan yüksəkdə tutaraq problem yaratmamaq. Mənim komandamda "mən" yoxdur, "biz" varıq.

"Mən oynayıram, mən qələbə qazanıram" deyil, "biz oynayırıq, biz qələbə qazanırıq" olmalıdır. Bu mentaliteti indidən növbəti oyunlar üçün futbolçulara aşılamalıyam".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı