Millimizin məşqçiləri 6 Premyer Liqa klubunu öz aralarında "bölüşdürdü"

14 Avqust 2020 16:42 Milli komanda 873
Millimizin məşqçiləri 6 Premyer Liqa klubunu öz aralarında "bölüşdürdü"

Azərbaycan milli komandasının məşqçi heyəti bu gün Premyer Liqa klublarının keçirəcəyi yoxlama oyunlarını izləyəcək.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi “Keşlə” – “Səbail” matçına baxacaq.

64 yaşlı italiyalı mütəxəssisin köməkçiləri Arif Əsədov və Klaudio Beluççi “Sumqayıt” – “Zirə” görüşündə olacaq. Yığmanın digər məşqçiləri Benito Karbone, Alessandro Skaya və Dmitri Kramarenko “Neftçi” – “Qəbələ” oyununu izləyəcəklər.

AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti