Millimizi "Ferrari" ilə müqayisə etdi: "Bunu hüznlə deyirəm"

14 Avqust 2020 11:34 Milli komanda 764
Millimizi "Ferrari" ilə müqayisə etdi: "Bunu hüznlə deyirəm"

"Albaniya millisində oynayanda məni də tənqid edirdilər".

Sportinfo.az xəbər verir ki, bu sözlər yığmamızın baş məşqçisi Canni De Byaziyə məxsusdur.

O, Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqtsun müdafiə futbolu oynatdığı üçün tənqid olunmasına münasibət bildirib. İtalyan mütəxəssis özünün də bu halla üzləşdiyini etiraf edib:

"Albaniyada düşünürdülər ki, müdafiəyönümlü futbol göstəririk. Lakin o müddətdə vurduğumuz qolların sayı buraxdığımızdan daha çox idi. Bu, çox vacibdir. Məğlubiyyətdən daha çox qələbə qazandıq.

Əsas məsələ - qarşımıza qoyduğumuz məqsədə çatdıq. Təsəvvür edin ki, Lüis Hemiltonun avtomobilini idarə edirsiz. İstənilən halda finişə birinci çatacaqsız. Amma italyan olduğum üçün bunu xüsusi hüznlə deyirəm.

Bugünkü "Ferrari"ni sürürsüzsə, yəqin ki, birinci olmayacaqsız. Lakin buna cəhd edəcək, bəzi şeyləri yaxşılaşdırmaq istəyəcəksiz.

Düşüncəmə görə, təcrübə ilə yanaşı, futbolçularımın istəkli olması da vacibdir. Kifayətlənmək olmaz. 20-30 yaşında artıq hər şeyə nail olduğunu düşünsən, bu, sonun başlanğıcı olacaq".

Digər Xəbərlər
Xəbər Lenti