"İşləyəcəyik və Lüksemburqu məğlub etməyə çalışacağıq"

13 Avqust 2020 22:40 Milli komanda 976
"İşləyəcəyik və Lüksemburqu məğlub etməyə çalışacağıq"

"Komanda ilə daha əvvəl məşq etməyə imkan taapmamışam, amma bu qarşılaşmaya hazırlaşmaq üçün 6-8 gün vaxtımız olacaq".

Sportinfo.az xəbər verir ki, bunu yığmamızın sükanı arxasıına keçən Canni De Byazi deyib.

Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburqa qarşı keçirəcək. Növbəti görüş isə 3 gün sonra səfərdə Kipr ilə olacaq.

Vaxt azlığının problem olduğunu gizlətməyən italyan mütəxəssis bunun üzərində çox dayanmaq istəmədiyini vurğulayıb: "İşləyəcəyik və Lüksemburqu məğlub etməyə çalışacağıq.

Bəlkə də bu komandanın adı bizə çox şey demir. Amma heyətlərində maraqlı futbolçular var. Uzun müddətdir bir yerdə oynayırlar. Çempionlar Liqasına hazırlaşdığımız kimi hazırlaşacağıq

. Lüksemburq və Kiprin oyunlarını görmüşəm. Albaniya millisində olanda Kiprə qarşı oynamışıq. Lüksemburqu da yaxınlarda izləmişəm. Analizlərimiz davam edir. Bütün detallara diqqətlə yanaşırıq. Qarşımıza qoyulan məqsəd hər yerdə qələbə qazanmaqdır".

Digər Xəbərlər
Xəbər Lenti