”Azərbaycanla matça hazıram, zövq almağa çalışacam”

13 Avqust 2020 12:16 Milli komanda 1 085
”Azərbaycanla matça hazıram, zövq almağa çalışacam”

“Kipr millisinin yeni baş məşqçisində yaxşı xəbər olduğunu eşitdim. Yığmaya çağırılmaq mənim üçün şərəf olar”.

bunu “Hibernian”ın müdafiəçisi Aleks Qoqiç deyib.

Millətlər Liqasının qrup mərhələsində Monteneqro və Azərbaycanla keçiriləcək oyunlarda Kipr yığmasına dəvət edilməsi gözlənilən 26 yaşlı futbolçu debütə hazır olduğunu söyləyib:

“İndiyə qədər əsas milliyə çağırılmamışam. Hər bir futbolçu kimi, mən də ölkəmi təmsil etmək istəyirəm. Sentyabrdakı matçlara çağırılmağa hazıram, ən yaxşısını etməyə və zövq almağa çalışacam”.

C liqasının 1-ci qrupunda yer alan Kipr yığması sentyabrın 5-də Monteneqronu, 8-də Azərbaycanı qəbul edəcək. Millimiz ilk oyununda isə sentyabrın 5-də Lüksemburqla Bakıda qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”