"Bakıya ilk dəfə "Qarabağ"a görə gəlmişəm, onları izləyirdim"

12 Avqust 2020 22:40 Milli komanda 1 369
"Bakıya ilk dəfə "Qarabağ"a görə gəlmişəm, onları izləyirdim"

"Bakıda ilk dəfə 5-6 il əvvəl olmuşam. "Qarabağ"ın oyununa baxmaq üçün gəlmişdim.

O zamanlar Ansi Aqolli və Admir Teli orada çıxış edirdi. Onları izləyirdim".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "CBC Sport" telekanalına müashibəsində Bakı haqqında danışarkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, burada yaşamaq üçün hər cür şərait var: "Həmin vaxt dərhal fərqinə vardım ki, çox gözəl şəhərdir. Yaşamaq üçün hər cür şərait var. Şəhər məni yaxşı mənada çox təsirləndirdi".

Digər Xəbərlər
Xəbər Lenti