De Byazi millimizdə ilk qərarını verdi, gün seçdi

12 Avqust 2020 15:38 Milli komanda 1 193
De Byazi millimizdə ilk qərarını verdi, gün seçdi

Azərbaycan millisinin toplanışa başlayacağı vaxt müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkatma mərasimində çıxış edərkən bildirib.

O, hazırlıq prosesinə avqustun 28-də start veriləcəyini diqqətə çatdırıb: "Milli komandaya yeni təyin olunan baş məşqçinin bizə bildirdiyinə görə, avqustun 28-də milli toplaşacaq. Onun fikrinə hörmətlə yanaşdıq. Qərara aldqı ki, çempionatı 21-də başlayaq ki, baş məşqçi futbolçuları görə bilsin. 1 turdan sonra fasilə olacaq".

Canni De Byazinin baş məşqçi olduğu Azərbaycan yığması Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək. Komanda C Liqasının 1-ci qrupunda Monteneqro ilə də qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti