“Hibernian”ın müdafiəçisi Azərbaycan yolunda

12 Avqust 2020 18:20 Milli komanda 1 722
“Hibernian”ın müdafiəçisi Azərbaycan yolunda

Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Kipr yığmasına yeni futbolçu çağırılacaq.

Sportinfo.az xəbər verir ki, “Hibernian”ın üdafiəçisi Aleks Qoqiç gələn ay baş tutacaq rəsmi oyunlarda ilk dəfə heyətdə yer alacaq.

Kipr yığmasının baş məşqçisi Yohan Valem məhz Qoqiçə görə “Hibernian”ın oyunlarını izləyir və 26 yaşlı oyunçunun performansından məmnundur.

Bu üzdən çalışdırıcı sentyabrda Monteneqro və Azərbaycanla keçiriləcək matçlarda ona şans verməyi düşünür. U-19 və U-21 millisinin sabiq üzvü həmin vaxta qədər zədələnməsə, ilk dəfə əsas komandaya çağırılacaq.

C liqasının 1-ci qrupunda yer alan Kipr yığması sentyabrın 5-də Monteneqronu, 8-də Azərbaycanı qəbul edəcək. Millimiz ilk matçında isə sentyabrın 5-də Lüksemburqla Bakıda qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu