De Byazi Bakıya gəldi - “Sabah”la “Qəbələ”ni izləyəcək

10 Avqust 2020 15:21 Milli komanda 1 222
De Byazi Bakıya gəldi - “Sabah”la “Qəbələ”ni izləyəcək

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi bu gün Bakıya gəlib.

Sportinfo.az AFFA-nın saytına istinadən məlumat verir ki, italiyalı mütəxəssis bu gün “Əlincə Arena”da keçiriləcək “Sabah” - “Qəbələ” yoxlama oyununu stadionda izləyəcək.

Canni De Byazi COVİD-19 testi verib və testin nəticəsinin neqativ olması barədə müvafiq sənəd mövcuddur.

Baş məşqçi oyunu sosial məsafənin qorunması qaydalarına riayət etməklə izləyəcək və heç kimlə ünsiyyətdə olmayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!
25 Noyabr 09:00 "Neftçi"dən yeni satış