Məşhur futbolçunu Bakııda kim əzişdirmək istəyib?

9 Avqust 2020 17:20 Milli komanda 1 291
Məşhur futbolçunu Bakııda kim əzişdirmək istəyib?

"Isveçrə yığmasını Bakıda 1:0 udanda, rəqib futbolçular məyus idi".

Sportinfo.az xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Elnur Əşrəfoğlu deyib.

O, 1996-cı ildə millimizin İsveçrə üzərində tarixi qələbəsindən sonra üzləşdiyi hadisəni nəql edib: "Oyun bitən kimi mikrofonla Kubilay Türkyılmaza yaxınlaşıb ingiliscə sual verdim.

O isə əli ilə mikrofonu itələyib danışmaq istəmədi. Həmin vaxt operatoruma öz dilimizdə "bunu belə-belə olsun, gedək başqası ilə danışaq" demişdim ki, Kubilay "ulan, bana mı küfür ediyorsun?" söyləyib yapışdı yaxamdan. Mən haradan bilim ki, bu bizim söyüşləri başa düşəcək?

Operatorum Səfər dərhal kameranı yerə qoyub tutdu Türkyılmazın yaxasından və "ala, sənə dedi, başqa sözün var?" deyib futbolçunu sağa-sola çəkib silkələdi.

Səfər Kubilaydan ucaboy olduğu üçün əlindən çıxa bilmirdi. Bizim dalaşdığımızı görən İsveçrənin kapitanı Sfortsa yaxınlaşıb aranı sakitləşdirdi".

Digər Xəbərlər
Xəbər Lenti