Milliyə çağırılacaq futbolçular kimlərdi?

5 Avqust 2020 14:50 Milli komanda 1 588
Milliyə çağırılacaq futbolçular kimlərdi?

Sportinfo.az yığmada Canni De Byazinin köməkçisi olacaq Arif Əəsdovun müsahibəsini təqdim edir:

- Neçə gündü Qəbələdəsiz? Neçə günlük gəlmisiz? Gününüz necə keçir?
- Ayın 25-dən burdayıq. Biz bura çatan günü “Qarabağ”la “Sabah”, “Neftçi”ylə “Sumqayıt” qarşılaşırdı. Dünən də “Zirə” ilə “Qəbələ” oynadı. Hər üç oyuna baxdım, maraqlı alındığını deməliyəm. Tək yoldaşlıq görüşlərinə baxmırıq, həmçinin komandaların məşqlərini də izləyirik. Sabahkı görüşlərə də baxacağıq. Plana görə avqustun 1-də Bakıya qayıtmalıyıq.

- Bir futbol mütəxəssisi kimi uzun müddət məşqsiz, futbolsuz qalan komandaları necə görürsüz?
- Desəm ki, optimal formadadılar, yalan olar. Əlbəttə, əskikliklər var və bu da normaldı. Söhbət təkcə neçə ay futbolsuz qalmaqdan getmir. Başqa bir məqam da var, fasilədən sonra gündə iki məşqin keçirilməsi. Bunun özü olduqca ciddi məqamda. Yüklənmələr fonunda komandaların ağır görünməsi normaldı. Həm də indi ən çətin perioddu. Bir azdan yüklənmələr azaldıqca, futbolçular da rahat olacaq. Rəsmi oyunlara qədər qarşıda kifayət qədər vaxt var.

- Xüsusi olaraq yığma üzvlərinə diqqət yetirirsiz, yoxsa məqsədiniz həm də kimlərisə kəşf etməkdi?
- Hər ikisi deyərdim. Yığmaya aid nə varsa, onlarla məşğulam. Desəm ki, konkret filan-filan oyunçulara baxıram, yalan olar. Sabah hansısa yerli futbolçu toplanışda özünü yaxşı tərəfdən göstərsə, əlbəttə, nəzarətə götürüləcək.

- Bu neçə gündə bütün komandaları həm oyunlarda, həm də məşqlərdə iş başında görmüsüz. Hansı komandanın üzvləri hazırlıqlı görünür?
- “Qarabağ”lıları fərqləndirə bilərəm.

- Canni De Byazi ilə əlaqə qurursuz?
- Bəli, danışığımız olub.

- Nə vaxt?
- İki gün əvvəl.

- Sirr deyilsə, nə barədə danışdız?
- Ümumi durumdan söhbət etdik. Əsas istəyi yığmaya mütəmadi dəvət alan futbolçular haqda məlumat əldə etmək idi. Belə deyim, hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim.

- Futbolçu kimi mənfi və müsbət cəhətlərini, yoxsa həm də insani keyfiyyətlərini?
- Təbii ki, ən vacibi futbolçu keyfiyyətləridi. Bununla yanaşı, xarakter və davranışları da qeyd etmişdim.

- Yeni baş məşqçinin avqustun 5-nə qədər gələcəyi deyilir...
- Avqustun 10-na kimi Bakıda olmalıdı.

- Yığmanın yeni çalışdırıcısı Bakıya gələndən bir ay sonra yığma sentyabrın 5-də Lüksemburqla ilk rəsmi matçına çıxacaq. Çətin olmayacaq?
- Çətinlik tək bizdə deyil, hər yerdə var. Düzdü, bizdəki çətinlik bir az çoxdu. Çünki komandalar 4 ay futbolsuz qaldı, çempionat yarımçıq dayandırıldı. Yəni, yığma üzvlərinin oyun təcrübəsinin azlığından əziyyət çəkməsi normaldı. Buna baxmayaraq, yaxşı tərəfləri də nəzərə almalıyıq. Bildiyiniz kimi, avqustun z1-də çempionatın başlaması nəzərdə tutulub. Bu isə o deməkdi ki, sentyabrın 5-nə qədər 2-3 tur oynanılacaq. Həmçinin avrokubok iştirakçıları da beynəlxalq arenalarda mübarizə aparacaqlar. Bura indiki hazırlıq dönəminin yoldaşlıq görüşlərini də əlavə etsək, qlobal problem yaşanmayacağını düşünə bilərik.

- Çempionatın startının avqustun 21-nə nəzərdə tutulmasında yığmanın oyunlarının rolu var?
- Bildiyiniz kimi, AFFA-da İşçi Qrup yaradılıb. Bu kimi məsələlərə həmin qrup qərar verir. Lakin fakt faktlılığında qalır ki, çempionatın tez başlaması milli üçün faydalıdı.

- Lüksemburq və Cənubi Kiprlə oyunlara Nikola Yurçeviçin dönəmindəki sonuncu toplanışdan fərqli oyunçular cəlb oluna bilər? Belə deyim, yeni adların olması mümkündü?
- Yeni adlar mütləq olacaq.

- Yığmada debüt edəcək futbolçulardı?
- Bu barədə qərarı baş məşqçi verəcək. Bizim əlimizdə siyahı var ki, həmin siyahıda sonuncu toplanışdan fərqli yeni adlar var.

- Gənclərdi?
- Gənclər də var, təcrübəlilər də. Biz əsasən U-21-in üzvlərini diqqət mərkəzində saxlayırıq. Çünki futbolumuzun gələcəyi həmin gənclərdi.

- Xaricdən yeni ad ola bilər?
- Bu haqda mənim nəsə deməyim mümkünsüzdü. Bildiyiniz kimi, ölkə daxilindəki yarışları, məşqləri diqqətdə saxlayıram. Dediyiniz məsələlərlə bağlı qərarı baş məşqçi verəcək (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti