Elxan Məmmədovun De Byazi ilə bağlı yalanlarına inanmayın!

4 Avqust 2020 18:38 Milli komanda 1 174
Elxan Məmmədovun De Byazi ilə bağlı yalanlarına inanmayın!

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazinin daha bir köməkçisi müəyyənləşib.

İaliyalı mütəxəssisin korpusundakı həmyerlilərinin sayı 4-ə çatıb.

Köməkçi məşqçilər Benni Karbone və Klaudio Beluççi, oyunların analizi üzrə mütəxəssis Federiko Turritsianinin ardınca fiziki hazırlıq üzrə çalışdırıcı Alessandro Skayya da yığmamızda çalışacaq. O, millidə ümumilikdə 5-ci italiyalı olacaq.

AFFA baş məşqçi vəzifəsinə təyinatla bağlı aparılan danışıqlarn uğurla nəticələnməsi barədə iyulun 30-da açıqlama yayııb. Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.

De Byazinin avqustun 10-da Bakıya gəlməsi planlaşdırılır. Razılaşmaya əsasən, o, 2 il bu postda qalacaq. Ondan istənilən birinci şey Millətlər Liqasının C Divizionunda qruplan çıxmaqdır. Sentyabr-noyabr aylarında keçirilən oyunlar italyan üçün bir növ komandanı tanımaq baxımından əhəmiyyətlidir.

İstək başqa, tələb başqa. AFFA istəyir, sadəcə, istəyir. Amma tələb etmir. Millətlər Liqası gələn ayın 5-də start götürəcək və hazırlıq üçün vaxt daralııb.

De Byazinin Bakya gəliş tarixini avqustun 10-dan hesablasaq, cəmi 25 gün ərzində millini toparlaması qeyri-mümkündür. Bu, o dərəcədə həssas prosesdir ki, bəzən həftələr, aylar kifayət etmir.

De Byazinin 64 yaşı var, dünya görüb, hər tərəfi gəzib. Adı və təcrübəsi üstündədir.Millətlər Liqasında uğursuz olacağı hamıdan əvvəl özünə məlumdur.

Bu şərtlər altında qrupda birinci yeri tutmaq möcüzə kimi bir şeydir. İtalyan, böyük ehtimalla, ML-nın davam etdiyi dönəmdə çox da ön plana çıxmayacaq, nisbətən kölgəyə çəkiləcək. Kim(i) qabağa ver(il)əcək? Əlbəttə, Arif Əsədov. Ondan başqa kim var ki?

Torpağın ona bağrına basmasından xəbərdar olan Byazi özünü göz görə-görə dərədən aşağı niyə yuvarlasın ki? üç il bunun üçün bekar qalıb, iş dəvəti gözləməyib ki…

Qrupda ikinci yeri tutsaq, yeni baş məşqçinin müqaviləsinə xitam verilməyəcək. Yəni ki, Millətlər Liqasının hesabatı ondan sorulmayacaq AFFA-nın bəyanatlarına inanmamalı, ümidlənməməliyik. Sözdür də, deyirlər, danışıırlar.

Elxan Məmmədov həmişəkitək xalqın gözünə kül üfürür, başının altına yastıq qoyur. O, Qurban Qurbanovdan başqa milliyə gələn heç bir məşqçidən nəticə tələb etməyib və bundan belə də etməyəcək.

Məmmədov «torba»nı ona görə tikdi ki, Qurbanovu özü gətirməmişdi. AFFA-nın icraçı vitse-prezidenti və baş katibinin gözü heç vaxt doymayıb və qazanmaq istəyi daim ona hakim kəsiləcək.

Qurbanov sərf etmirdi, gəlir mənbələrini kəsmişdi, ayağının altını qazdı. Berti Foqtsda, Robert Prosineçkidə, Nikola Yurçeviçdə «əli bala batan» Elxan Məmmədovun Canni De Byazinin təyinatında da marağı böyükdür.

«Xüsusi şərtlər» altında aparılan danışıqların millinin uğurlu çıxışı naminə bu qədər davam eləməsini düşünməyin. Hesab etməyin ki, yığmamız Millətlər Liqasında fiaskoya uğrasa, bu, yeni izdivacın sonu olacaq.

Xeyr, bu, növbəti eranın qapılarını taybatay açacaq. O, 1,5 il üçün 900 min avroluq sənədə imzasını atıb və AFFA, işdirdə, hanısa kənar qüvvənin təsiri/təzyiqi ilə müqaviləni cari ilin dekabrıenda pozmaq məcburiyyətində qalsa, təzminat ödəyəcək.

Federasiya çalışacaq ki, buna getməsin, De Byazi DÇ-2022-nin seçmə mərhələsini də yola versin.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti