“Heç kim inanmazdı ki…“ – Millimizin yeni məşqçisi

3 Avqust 2020 17:10 Milli komanda 835
“Heç kim inanmazdı ki…“ – Millimizin yeni məşqçisi

“Karyeram bir çox uğurlardan məmnunluq duymuşam“.

Sportinfo.az xəbər verir ki, bu fikirlər millimizin yeni məşqçisi Alessandro Skayyaya məxsusdur.

Canni De Byazinin fiziki hazırlıq üzrə köməkçisi olacaq italyan mütəxəssis karyerasının ötən günlərini vərəqləyib. Bunadək bir sıra klublarda çalışmış Skayya unudulmaz uğurunu xatırlayıb:

“İtaliya kubokunun yarımfinalını görmüşəm. Amma “Ternana” ilə xilas olmaq mənim üçün ən böyük qəhrəmanlıq kimi qalır. Bütün ili komandada oldum.

Əvvəl Benito Karbone ilə də çalışdım, sonda Fabio Liverani gəldi. Martın 6-da ümidsiz vəziyyətdə idik. Heç kim B seriyasında qalacağımıza inanmazdı.

“Askoli”ni udduq, “Karpi” ilə heç-heçə və ardıcıl ev qələbələri. A seriyasına vəsiqə üçün oynayan “Spal”a qalib gəldik. Karyeramda bundan dəyərli xatirə tapmaq mümkün deyil”.

Digər Xəbərlər
Xəbər Lenti