"Mən yüksək nəticə uğrunda mübarizə aparacağımızı gözləyirəm”

3 Avqust 2020 14:36 Milli komanda 580
"Mən yüksək nəticə uğrunda mübarizə aparacağımızı gözləyirəm”

“Düzünü deyim ki, milli komandanın toplanışını gözləməyə səbrim çatmır. Hazırlıqların və matçların tez başlamasını istəyirəm”.

Sportinfo.az xəbər verir ki, bunu Monteneqro millisinin futbolçusu Risto Radunoviç deyib.

Rumıniyanın “Astra” klubunda çıxış edən 28 yaşlı müdafiəçi sentyabrda start götürəcək Millətlər Liqası barədə iddialı danışıb. Millətlər Liqasının qrup oyunları sentyabr-noyabr aylarında keçiriləcək.

Radunoviç Azərbaycan, Kipr və Lüksemburqla rəqib olduqları C divizionunun 1-ci qrupunda qalib adı uğrunda mübarizə aparacaqlarını bildirib: “Gözləyirəm ki, daha yaxşı tarix yazmağa başlayacağıq. AVRO-2020-nin seçmə mərhələsi ilə müqayisədə daha yaxşı nəticələr qazanmalıyıq.

Əsas hədəfimiz millinin imicini formalaşdırmaq, DÇ-2022-nin seçmə mərhələsi ərəfəsində yaxşı ab-hava yaratmaqdır. Bu o deməkdir ki, mən komandamızın Millətlər Liqasında daha yüksək nəticə uğrunda mübarizə aparacağını gözləyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti