“Favorit ola bilmərik, əvvəl tullan, sonra hop de”

3 Avqust 2020 13:12 Milli komanda 1 053
“Favorit ola bilmərik, əvvəl tullan, sonra hop de”

“Bəziləri bizim qrupun favoriti olduğumuzu deyir. Amma biz belə düşünmürük”.

Sportinfo.az xəbər verir ki, bunu Monteneqro milli komandasının baş məşqçisi Faruk Hacibeqiç deyib.

63 yaşlı bosniya və herseqovinalı mütəxəssis gələn ay start götürəcək Millətlər Liqası barədə fikirlərini açıqlayıb. O, Azərbaycan, Kipr və Lüksemburqla birgə yer aldıqları C liqasını 1-ci qrupunda gərgin mübarizə olacağını qeyd edib.

Millətlər Liqasının C liqasının 1-ci qrupunda oyunlar sentyabrın 5-də başlayacaq: “Əgər C liqasındayıqsa, hansısa rəqibə qarşı favorit ola bilmərik. Təkcə Lüksemburqu götürsək, bu ölkənin klubu avrokuboklarda qrupa düşüb. Buna görə də əvvəldən kimisə favorit adlandırmaq olmaz.

Əvvəl Monteneqronun yaxşı oyunçuları var idi, amma Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilmirdi. Nikbinəm. “Əvvəl tullan, sonra hop de” prinsipinə sadiq qalıram. Bizim qrupda bütün komandalar çətindir”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”