"Məni o həvəsləndirir ki, Azərbaycanda bir az fərqli iş görəcəm"

3 Avqust 2020 10:10 Milli komanda 1 004
"Məni o həvəsləndirir ki, Azərbaycanda bir az fərqli iş görəcəm"

“Azərbaycandakı fəaliyyət mənim üçün yaşamalı olduğum yeni təcrübədir”.

bunu italiyalı məşqçi Alessandro Skayya deyib.

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin korpusunda yer alacaq fiziki hazırlıq üzrə mütəxəssis yığmamızda bir az fərqli iş görəcəyini açıqlayıb:

“Özüm üçün kəşf etməli olduğum fərqli mədəniyyət, futbolla məşğuliyyətin fərqli üslubu və məşqçi kimi fərqli iş. Milli komandadakı fiziki hazırlıq üzrə məşqçi razılaşma əsasında öz işini görür.

Futbolçular artıq klublarında bu tapşırıqları yerinə yetirirlər. O, hər oyunçu üçün fərqli hazırlıq proqramı tərtib edir. Məni o həvəsləndirir ki, bir az fərqli iş görəcəm.

Onların əmək mədəniyyətini, əsasən müsəlman əhalisi olan ölkənin ərzaq sahəsində necə davranmağı öyrənəcəm. Onların öz mətbəxləri var. Aydın məsələdir ki, biz uyğunlaşmalı olacağıq”.

2016/17 mövsümündə 5 baş məşqçi dəyişən “Ternana” 29 turdan sonra 23 xalla sonuncu olduğu vaxt Fabio Liveranini gətirməklə xilas olub. Son 13 turdakı 26 xal komandanı B seriyasında saxlayıb və 12-ci edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!