Be Byazi Azərbaycan yığması ilə bağlı ilk qərarını verdi

3 Avqust 2020 09:14 Milli komanda 1 302
Be Byazi Azərbaycan yığması ilə bağlı ilk qərarını verdi

Azərbaycan millisinin təlim-məşq toplanışının vaxtı bəlli olub.

Sportinfo.az xəbər verir ki, bunu yığmamızın baş məşqçisi Canni De Byazinin korpusunda yer alacaq Alessandro Skayya açıqlayıb.

O bildirib ki, millinin hazırlıq prosesi avqustun 28-də başlayacaq: “Toplanışın startı avqustun 28-nə nəzərdə tutulub. Millətlər Liqasındakı ilk matç sentyabrın 5-də keçiriləcək.

Lüksemburqla qarşılaşma bizim üçün debüt olacaq. Buna görə də biz bir az tez getmək istəyirik. Amma hələ ki avqustun 5-dək ölkədə koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər var. Yalnız avrokuboklarda oynayan komandalar məşq edir. Söhbət “Qarabağ”, “Neftçi” və başqalarından gedir”.

Hazırlıq sentyabrın 8-dəki matçla bitəcək. Mllimiz sentyabrın 5-də evdə Lüksemburq, üç gün sonra səfərdə Monteneqro ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti