Millimizin hücumçusundan ABŞ-da bir qol, bir ötürmə - VİDEO

2 Avqust 2020 16:40 Milli komanda 1 134
Millimizin hücumçusundan ABŞ-da bir qol, bir ötürmə - VİDEO

ABŞ-ın birinci liqasında (USL Championship) 5-ci turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Finiks Rayzinq” öz meydanında “El Paso”nu qəbul edib.

Matçda hesabı qonaqlar açsa da, yekunda “Finiks Rayzinq” 3:1 hesablı qələbəyə sevinib. Oyuna start heyətində başlayan Rüfət 19-cu dəqiqədə penaltidən hesabı bərabərləşdirib.

Dadaşov bundan əlavə, komandasının ikinci qolunun vurulmasında da ötürmə ilə iştirak edib. Bu, millimizin üzvünün mövsümdəki 4-cü qolu olub.

“Finiks” hazırda 5 oyundan sonra 10 xalla B qrupunda ikinci pillədə yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”