Milliyə əcnəbi baş məşqçi yox, struktur lazımdır

2 Avqust 2020 13:20 Milli komanda 1 325
Milliyə əcnəbi baş məşqçi yox, struktur lazımdır

«Mən hər zaman dediyim fikirdə qalıram: əcnəbi məşqçi bura gəlirsə ,iz qoymalıdır, bir struktur qurmalıdır ki, ondan sonra işləyən məşqçi onun davamını gətirsin».

Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis Canni De Byazinin Azərbaycan millisinə baş məşqçi təyin olunmasına dair fikirlərini açıqlayıb. O, italiyalı çalışdırıcıdan gözləntilərini dilə gətirib:

«Bizdə bir məşqçi gəlir, öz fikrini deyir, oynadır və sonra başqası gəlir. Bizə struktur lazımdır. Özümüzə uyğun oyun prinsipi lazımdır. O sistem ki, biz onunla yaxşı oynayırıq və qələbə qazanırıq.

İndiyə kimi bu sistem olmayıb. De Byazi ilə bunu bacara biləcəyik? Niyə də olmasın… Birinci, onun istəyindən asılıdır. Lazım olan köməyi biz də Məşqçilər Komitəsi olaraq etməyə hazırıq».

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”