De Byazidən millimizin futbolçularına müraciət: "SƏBİRSİZLİKLƏ GÖZLƏYİRƏM"

1 Avqust 2020 20:40 Milli komanda 1 281
De Byazidən millimizin futbolçularına müraciət: "SƏBİRSİZLİKLƏ GÖZLƏYİRƏM"

Millimizin yeni baş məşqçisi Canni De Byazi yığmamızın futbolçularına müraciət edib.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis sosial şəbəkə hesabındakı paylaşımında futbolçularla görüşünü səbirsizliklə gözlədiyini bildirib:

"Salam, uşaqlar. Artıq Millətlər Liqasının başlanmasına 34 gün qalır. Lakin hələ də tanış olmamışıq. Ona görə də sizinlə görüşü səbirsizliklə gözləyirəm.

Çünki heyətlə bağlı qərarlar verməliyəm. Bu qərarlar isə sizdən asılıdır: sizin davranışınız, komandaya olan münasibətiniz, komanda üçün bütün çətinliklərə hazır olmağınız, həmçinin qürurla milli komandanı böyük zirvələrə aparmaq hissi".

De Byazi bir neçə gün əvvəl AFFA ilə rəsmi müqavilə imzalayıb. Yığmamız Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”