Azərbaycan yığmasına görə zəng gələndə bunun zarafat olduğunu zənn etdim"

1 Avqust 2020 15:46 Milli komanda 1 170
Azərbaycan yığmasına görə zəng gələndə bunun zarafat olduğunu zənn etdim"

“İlk zəng zamanı bunun zarafat olduğunu zənn etdim”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin italiyalı məşqçisi Federiko Turritsiani deyib.

Yığmamızda baş məşqçi Canni De Byazinin oyunların analizi üzrə köməkçisi olacaq mütəxəssis İtaliya mətbuatına açıqlama verib.

Mütəxəssis vətənində “Ellera”, “Pyerantonio”, “Subasio”, “Sentese” və “Vastese” klublarında çalışıb. Karyerası boyu bir sıra aşağı klublarında çalışmış məşqçi yığmamıza gəlişi barədə danışıb: “Təklifi dərhal böyük məmnuniyyətlə qəbul etdim. İşə başlamağımızı səbirsizliklə gözləyirəm”.

Bir müddət Kanadada da çalışmış mütəxəssis ölkə xaricində işləmək təcrübəsinə də malikdir: “Daim müəyyən seçimlər etməli olmuşam. Bu da məni ölkə xaricində çox işləməyə vadar edib. Canni De Byazinin çağırışı bütün bunların bəhrəsidir”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı