Bir də futboldan görək: Millimizin baş məşqçisindən daha bir jest

31 İyul 2020 23:00 Milli komanda 1 034
Bir də futboldan görək: Millimizin baş məşqçisindən daha bir jest

Azərbaycan millisinin baş məşqçisi, italyan əsilli Canni De Byazi müsəlmanları Qurban bayramı münasibətilə Azərbaycan dilində olan posterlə təbrik edib.

Sportinfo.az xəbər verir ki, De Byazi təbriki "facebook"dakı hesabında paylaşıb.

AFFA 64 yaşlı italyan mütəxəssislə bu yaxınlarda ilyarımlıq müqavilə bağlayıb. Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.

De Byazinin avqustun 10-da Bakıya gələcəyi planlaşdırılır.

Bu, De Byazinin Azərbaycan dilində ilk təcrübəsi deyil. O, təyinatı ilə bağlı danışarkən rəsmi "Facebook" səhifəsində fikirlərini Azərbaycan dilində ifadə edib. Baş məşqçi əvvəlcə hamını salamlayıb: "Mən Canni De Byazi. Biz birlikdə böyük uğurlara imza atacağıq. Birlikdə inanaq".

UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan komandası ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburqa qarşı keçirəcək. Sentyabrın 8-də isə komandamız De Byazi ilə birlikdə Kiprə uçaraq yerli komanda ilə qüvvəsini sınayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!