"Azərbaycan yığmasında uğur qazansa, 2 illik müqavilə uzadılacaq"

31 İyul 2020 16:56 Milli komanda 660
"Azərbaycan yığmasında uğur qazansa, 2 illik müqavilə uzadılacaq"

"Goal" nəşri italiyalı mütəxəssis Canni De Byazinin Azərbaycan millisinin baş məşqçisi təyin edilməsi ilə bağlı məqalə dərc edib.

Sportinfo.az xəbər verir ki, 64 yaşlı mütəxəssisin Azərbaycanı Avropa çempionatının final mərhələsinə çıxarmağa çalışacağı qeyd edilib:

"Albaniya millisinin keçmiş çalışdırıcısı yeni bir komanda qurmaq üçün iki il müddətində Azərbaycana rəhbərlik edəcək. De Byazi üçün yeni bir macəradır. O, milli komandanı növbəti Avropa çempionatının final mərhələsinə çıxmarmağa çalışacaq. O, avqustun 10-u Bakıya yollanacaq və işinə başlayacaq.

Millətlər Liqası və dünya çempionatının seçmə mərhələsində əhəmiyyətli bir uğur baş verəcəyi təqdirdə, iki illik müqavilə uzadılacaq, növbəti Avropa çempionatı üçün hazırlıq görüləcək. De Byazi Albaniyanı qitə çempionatına çıxartdı. Azərbaycan da buna ümid edir.

2017-ci ildə "Alaves"dən ayrılandan sonra De Byazi televiziyada şərhçi və ekspert rolunu oynayaraq, futbolda yeni bir çağırış gözləyirdi. İndi yeni bir dəvət var və bu, Albaniya ilə müqayisədə daha böyük imkanlara sahib olan Azərbaycandır.

Sentyabrda italiyalının ilk sınağı olacaq və Azərbaycan Lüksemburqla qarşılaşacaq, sonra eyni ayda Kiprlə qarşılaşma baş tutacaq".

Digər Xəbərlər
Xəbər Lenti