Modriç: "Bakıda zədələndim, "Real"da 3 qarşılaşmanı kənardan izlədim"

26 İyul 2020 17:40 Milli komanda 956
Modriç: "Bakıda zədələndim, "Real"da 3 qarşılaşmanı kənardan izlədim"

Xorvatiya millisinin kapitanı Luka Modriç "Real" üçün mövsümün uğursuz startından danışaraq AVRO-2020-nin seçmə matçında Azərbaycan millisi ilə oyunu xatırlayıb.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi "Bakcell Arena"dakı matçda zədələnməsinin onu geri saldığını deyib:

"Əvvəla, bu mövsüm mənim üçün pis başladı - artıq "Selta" ilə ilk matçın 56-cı dəqiqəsində karyeramdakı ilk qırmızı vərəqəni heç nədən aldım. Təsadüfən arxadan rəqibinin ayağını tapdaladığım zaman nə cəza olmalıdı...

Nəticədə növbəti matçı buraxdım, "Vilyarreal"la görüşə isə ehtiyat oyunçular skamyasından başladım. Sonra milli komandanın sərəncamında olduğum zamanı Azərbaycana qarşı matçda zədələndim.

Nəticədə 3 qarşılaşmanı kənardan izlədim. Zidan məni "Atletiko", sonra isə "Qranada" ilə matçda start heyətinə daxil etmədi".

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”