Azərbaycandan imtina edən hücumçu Türkiyə millisində

24 İyul 2020 12:30 Milli komanda 1 839
Azərbaycandan imtina edən hücumçu Türkiyə millisində

Azərbaycan millisində oynamaqdan imtina edən Almaniyanın "Darmştadt" klubunun hücumçusu Sərdar Dursun arzusuna çatır.

Sportinfo.az xəbər verir ki, Türkiyə yığmasında oynamağı hədəfləyən 29 yaşlı forvard baş məşqçi Şenol Günəşin maraq dairəsinə düşüb.

Türkiyə yığması sentyabrın 3-də Macarıstan, 6-da isə Serbiya ilə qarşılaşacaq.

Cenk Tosun zədələndiyi üçün yeni hücumçu axtarışında olan çalışdırıcı ötən mövsüm Bundesliqa II-də 19 qol vuran Sərdarı sentyabrda Millətlər Liqasındakı oyunların heyətinə çağırmağı planlaşdırır.

Forvard özü də bu yaxınlarda AFFA-dan təklif aldığını lakin Türkiyə millisində oynamaq istədiyi üçün dəvəti rədd etdiyini bilirib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”