"Hamı fikirləşir ki, mən necə edim, əsgərlərə köməyim dəysin"

22 İyul 2020 23:00 Milli komanda 1 138
"Hamı fikirləşir ki, mən necə edim, əsgərlərə köməyim dəysin"

«Son günlərə kimi cəbhədə baş verən hadisələr göstərdi ki, orduimuz güclüdür».

Bu sözləri Sportinfo.az-a açıqlamasında U-16 yığmasının baş məşqçisi Aqil Nəbiyev deyib.

Tovuz rayonundan olan gənc mütəxəssis erməni hərbi qüvvələrinin hücum əməliyyatlarının qarşısının qətiyyətlə alınmasının yerli əhalidə ruh yüksəkliyini bir qədər də artırdığını bildirib:

«Bizim evimiz Tovuzun mərkəzində yerləşir. Döyüş gedən günlərdə atəş səsləri çox aydın eşidilirdi. Mən martdan bu tərəfə Tovuzdayam. Özüm Bakıda yaşasam da, koronavirus pandemiyasına görə bir neçə aydır doğma rayonumuzdayam.

Mən həmişə öz ordumuzla, camaatımızla fəxr etmişəm, indi ondan da artıq fəxr edirəm. Çünki bu günlər ərzində bütün Tovuzun necə bir olduğunu, ordunun arxasında dayandığını gördüm.

Tovuzun harasına getsəz, söhbətn ancaq ordudan getməsini eşidəcəksiz. Hamı fikirləşir ki, mən necə edim, əsgərlərə köməyim dəysin. Ətraf rayonlardan da gəlib dəstək verən çoxdur.

Tovuz möhkəm qorunur, hamı yerində sakit dayanıb, narahatlıq yoxdur. Yəqin ki, ayın sonunadək burada qalacam. Avqustda isə millidəki işlərimlə əlaqədar Bakıya gəlməliyəm».

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”