Azərbaycan yığmasına arxa çevirən kimdir? - VİDEOLAR

22 İyul 2020 16:28 Milli komanda 1 313
Azərbaycan yığmasına arxa çevirən kimdir? - VİDEOLAR

AFFA "Darmştadt"ın hücumçusu Sərdar Dursunu Azərbaycan millisinə dəvət edib.

Sportinfo.az xəbər verir ki, bunu Almaniya klubunun 29 yaşlı forvardı "Hürriyət"ə açıqlamasında deyib.

Sərdar Dursun 2018-ci ildən 2-ci Bundesliqa təmsilçisində çıxış edir. O, Türkiyənin əsas millisində oynamaq üçün bu təklifdən imtina etdiyini bildirib:

"Azərbaycan millisində oynamaq üçün təklif almışam. Görüşümüz olub. Yığma komandalarında məni görmək istədiklərini dedilər. Amma mən Türkiyənin əsas millisində oynamaq istədiyimi bildirdim".

Almaniyada doğulan türkiyəli futbolçu peşəkar karyerasına "Hannover"də başlayıb. O, 2018-ci ildən "Darmştadt"da çıxış edir. Sərdar ötən mövsüm II Bundesliqada keçirdiyi 34 oyunda 16 qol vurub, 6 assist edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”