Millimizin sabiq forvardı Latviyada klubunu dəyişdi - FOTO

21 İyul 2020 22:40 Milli komanda 1 028
Millimizin sabiq forvardı Latviyada klubunu dəyişdi - FOTO

Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərov Latviyada növbəti dəfə klubunu dəyişib.

Sportinfo.az xəbər verir ki, yeni mövsümdə “Dauqavpils”də başlayan 35 yaşlı futbolçu bundan sonra “Super Nova”nın uğurları üçün çalışacaq.

Bu barədə “Dauqavpils”in mətbuat xidməti məlumat yayıb. Klub azərbaycanlı forvarda xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

"Dauqavpils” Latviyada yüksək liqada çıxış edirsə, “Super Nova” 1-ci liqada mübarizə aparır. Vüqarın yeni komandası cari mövsümdə 3 oyuna topladığı 7 xalla 9 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti