ŞİRİN VƏD: "Azərbaycan gələcəyin sürprizi ola bilər"

15 İyul 2020 19:02 Milli komanda 753
ŞİRİN VƏD:  "Azərbaycan gələcəyin sürprizi ola bilər"

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin köməkçisi olacaq Klaudio Beluççi "calciomercato24.com" saytına müsahibə verib.

Sportinfo.az həmin müsahibəni təqdim edir:

- Bir ildir de Byazi ilə birlikdəyəm. Mənə Azərbaycan millisində köməkçisi olmağı təklif etdi. Xoş xoşbəxtik, çünki əla seçim etdik. Daim inkişafda olan bir ölkədə işləməyə gedirik..

- Azərbaycan millisi gəncdir?
- Son illər görülən işləri yaxşılaşdırmaq istəyirik. Onların İtaliyaya qarşı oyununu da izləmişik. Görüləsi çox iş var. Azərbaycan istər futbolda, istərsə də hər sahədə davamlı inkişafdadır. Gələcəyin milli sürprizi ola bilər, biz bunun üçün çalışırıq.

- Azərbaycanda çalışmaq istəyinizin gələcək üçün missiya olduğunu deyə bilərik?
- Bəli, qürur duymaq üçün, əlbəttə ki, böyük səbəbdir. Çünki onlar italyan məşqçilərini taktiki və texniki cəhətdən yavaş-yavaş inkişaf etməyə və nizam-intizamlı futbola çağırırlar. Bu fürsətdən çox məmnunuq.

- DÇ-2022 barədə düşünürsünüz?
- Əlbəttə. Niyə də olmasın? Ancaq addım-addım gedək. Dərhal təəccübləndirmək üçün əvvəlcə Millətlər Liqasına diqqət yetirməliyik. Bu yarışda düzgün yol gələcəkdə daha gözəl qapı aça bilər.

- Azərbaycandakı futbol bazalarını görmüsünüz?
- Xeyr, dürüst olmaq lazımdırsa, onlara hələ baş çəkməmişik. Amma bizə çox müsbət şeylər danışdılar. Bakıdakı stadiona baxın, vəziyyətin necə olduğunu anlayacaqsınız. Bu baxımdan ölkə çox böyüyür.

Digər Xəbərlər
Xəbər Lenti