Yığmamızın forvardı üçün dedi: "Bir az da sürəti olsaydı…"

15 İyul 2020 14:22 Milli komanda 607
Yığmamızın forvardı üçün dedi: "Bir az da sürəti olsaydı…"

"Rüfət Dadaşov hücumda oyunumuzu asanlaşdırır.

Rəqibin müdafiəsini rahat keçə bilirik. Hazırda müdafiəyə kömək edən forvard azdır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Finiks Rayzinq"in baş məşqçisi Rik Şants ABŞ Futbol Liqasının (USL) II turunda "Los Anceles Qelaksi-2"ni 4:0 hesabı ilə məğlub etdikləri görüş barədə danışarkən deyib.

Mütəxəssis bildirib ki, Azərbaycan millisinin üzvünü heyətlərinə cəlb etməklə axtardıqları hücumçunu tapıblar. Şants Dadaşovun sayəsində cinah oyunçularının daha aktiv olduqlarını söyləyib:

"Rüfətin topla rəftarı və hava mübarizəsində üstün olması rəqibləri geri çəkilməyə məcbur edir. Bir az da sürəti olsaydı, Almaniyanın ən səviyyəli futbolçularından birinə çevrilərdi. Oyunu oxumaq bacarığı çox yaxşıdır".

USL-in B qrupunda yer alan "Finiks Rayzinq" keçirdiyi hər 2 matçda qələbə qazanıb. Rüfət Dadaşov 3 qolla bombardirlər yarışına başçılıq edən 3 futbolçudan biridir.

Digər Xəbərlər
Xəbər Lenti