"2 variantı götür-qoy etdim, yığmada çalışmağa üstünlük verdim"

14 İyul 2020 21:20 Milli komanda 938
"2 variantı götür-qoy etdim, yığmada çalışmağa üstünlük verdim"

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi İtaliya A Seriyasında çıxış edən klubların birindən təklif alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə italiyalı mütəxəssisin özü yerli radiolardan birinə müsahibəsində deyib.

AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayacaq. De Byazi bildirib ki, 2 variant arasında götür-qoy etdikdən sonra yığmada çalışmağa üstünlük verib:

"Azərbaycan millisindən gələn çağırışa müsbət cavab verdim, Çünki ortaya fərqli, yaxşı iş qoymaq istəyirəm".

Bakı haqqında da danışan 64 yaşlı mütəxəssis buranın gözəl şəhər olduğunu söyləyib: "Azərbaycan, Bakı məni yaxşı mənada təəccübləndirdi. Açığı, bu qədərini gözləmirdim".

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”