"Hələ Azərbaycan futbolçularını tanımır, uğur üçün ona vaxt lazımdır"

14 İyul 2020 17:10 Milli komanda 1 122
"Hələ Azərbaycan futbolçularını tanımır, uğur üçün ona vaxt lazımdır"

“Azərbaycana pul üçün gəlmirəm. Ölkə futbolu üçün vacib işlər görmək istəyirəm”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi deyib.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a bildirib ki, Canni De Byazidən təcili, erkən uğur gözləmir: “Hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır.

İndiki şəraitdə millimizin bu hədəfə çatmasını gözləmirəm. Səbəb isə pandemiya dövründə onsuzda, fiziki cəhətdən formada olmayan oyunçularımızın daha da geriləməsidir.

Canni De Byazi hələ Azərbaycan futbolçularını və futbolunu tanımır, uğur qazanmaq üçün ona vaxt lazımdır. Yeni baş məşqçinin millimizdə uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”