"Mən Azərbaycan millisi ilə bunu bacaracam" - VİDEO

14 İyul 2020 14:36 Milli komanda 564
"Mən Azərbaycan millisi ilə bunu bacaracam" - VİDEO

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunacaq Canni de Byazi görəcəyi işlər barədə danışıb.

İTV-də yayımlanan “Bol idman” velişinə müsahibəsində italiyalı mütəxəssis bildirib ki, hər şeydən əvvəl hər birimizin fikrində bizdən əvvəl heç kəsin yüksəlmədiyi bir nöqtəyə gəlib çatmaq arzusu olmalıdır:

“Bunun üçün qətiyyət, istək, azad düşüncə və ən əsası hamılıqla bir komanda olmağı bacarmaq lazımdır. Mən hər zaman bildirmişəm, komanda yalnız meydandakı 11 nəfərdən və ehtiyat oyunçulardan ibarət deyil.

Federasiya, hətta ofis daxili işçilərlə birlikdə yaradılmış komanda qalib komandadır. Azərbaycan millisi nəticə qazanmaq istəyirsə, hər zaman 100 deyil, 110 faiz gücünü ortaya qoymalıdır.

Mənim iş fəlsəfəm əsasən tez bir zamanda yerli insanların mentalitetini, ideallarını, istəklərini, fərdi xüsusiyyətlərini öyrənərək onlarla əlaqə qurmaqdır.

Bunları öyrənərək mən də Azərbaycan xalqının bir parçası olmaq istəyirəm. Əgər mən bir fəaliyyətin bir hissəsi olmağı bacararımsa, o zaman öz gücümün 110 faiz ortaya qoya bilirəm.

Ümid edirəm ki, Azərbaycan millisi ilə bunu bacaracam. Bunu etməyə yetərli qədər istəyim və motivasiyam var. Biz hamımız - jurnalistlər, məşqçilər, azərkeşlər bir məqsəd üçün çalışırıq – inkişaf etmək və bacardığımız qədər irəli getmək.

Məlumdur ki, hazırda Azərbaycanda karantin davam edir. Məndən olsa, maksimum tez bir müddətdə Bakıya gəlib öz işimə başlayaram. Çünki vaxtımız azdır.

Ən tez müddətdə oyunçularla danışmalıyam, onların nə düşündüklərini bilməyiləm və əmin olmalıyam ki, onlar da hər kəsi heyrətə gətirəcək fövqalədə komandanın bir hissəsi olmağı arzulayır.

Fövqalədə iş görmək üçün çox şey etməyə ehtiyac yoxdur, öz işinə ürəklə yanaşmaq yetər. Düşünürəm ki, əsas məsələ məqsədlərə çatmaq üçün buna doğru düzgün yol seçib irəliləməkdir”.

Digər Xəbərlər
Xəbər Lenti