Albaniya prezidenti millimizin yeni baş məşqçisindən nə dedi?

13 İyul 2020 23:00 Milli komanda 789
Albaniya prezidenti millimizin yeni baş məşqçisindən nə dedi?

Albaniya prezidenti İlir Meta Canni De Byazini Azərbaycan millisinə baş məşqçi təyin olunması münasibətilə təbrik edib.

Sportinfo.az xəbər verir ki, şəxsi "Facebook" hesabında italiyalı mütəxəssislə fotosunu paylaşan ölkə başçısı ona uğurlar arzulayıb.

"Canni De Byazinin sayəsində Azərbaycanla yeni əlaqələrimiz olacaq. Bu təyinata görə sevindim və ona çoxlu uğur arzulamaqdan məmnumam. Bizim üçün dəyərli olan De Byazini heç vaxt unutmarıq", - İlir Meta qeyd edib.

2011 - 2017-ci illərdə Albaniya yığmasına başçılıq etmiş Canni De Byazi bu komandanı tarixində ilk dəfə 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxarıb. AFFA italiyalı mütəxəssislə 1,5 illik müqavilə imzalayacaq.

Digər Xəbərlər
Xəbər Lenti