Milllidə yerli baş məşqçinin işləməsini kimlər istəməyib?

12 İyul 2020 17:45 Milli komanda 1 824
Milllidə yerli baş məşqçinin işləməsini kimlər istəməyib?

Milli komandamıza yeni baş məşqçi təyinatıyla bağlı AFFA İcraiyyə Komitəsinin keçirdiyi videokonfransın detalları bəllidi. İtaliyalı Canni de Byazinin kimlərin sayəsində post sahibi olduğu aydınlaşıb.

Sportinfo.az xəbər verir ki, iclasa qatılan İcraiyyə Komitəsinin 13 üzvündən 8-i italiyalının təyinatını dəstəkləyibsə, digər 5 nəfər Arif Əsədovun baş məşqçi olmasını istəyib.

Əvvəllər bütün qərarlar yekdilliklə qəbul edilirdisə, indi artıq cəbhələşmə gedir, fərqli düşünən insanların sayı çoxalıb. Beləliklə, İK üzvlərindən Vaqif Sadıqov, İsgəndər Cavadov, Kazbek Tuayev, Firudin Qurbanov və Fərid Mansurov milliyə yerli mütəxəssisin lehinə səs verib.

Komitədə təmsil olunan bütün veteranların eyni nöqtəyə vurması müsbət məqamdı. De Byazinin namizədliyini dəstəkləyənlər isə əsasən hamının narazı olduğu dəstə üzvləridi – Rövnəq Abdullayev, Elxan Məmmədov, Elşad Nəsirov, Rauf Əliyev, Zaur Axundov, Mahir Məmmədov, Elmar Məmmədyarov, Könül Mehtiyeva (futbolinfo).

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”