Millimizin yeni baş məşqçisi haqda bilinməyənlər - VİDEO

12 İyul 2020 14:40 Milli komanda 1 018
Millimizin yeni baş məşqçisi haqda bilinməyənlər - VİDEO

İyulun 10-da AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirildi.

Sportinfo.az xəbər verir ki, COVİD-19 pandemiyası əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olundu:

Canni De Byazi ilə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müqavilə imzalansın. Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdirilsin (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə).

AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir.

Canni De Byazi kimdir? Azərbaycanda nə qədər pul qazanacaq? Gəlin, bununla bağlı hazırlanmış videonu izləyək:

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"