Azərbaycan yığması üçün buranı seçdilər - "Jozi Bartel"

11 İyul 2020 18:06 Milli komanda 1 333
Azərbaycan yığması üçün buranı seçdilər - "Jozi Bartel"

Millətlər Liqasının 2020/21 mövsümündə C liqasının 1-ci qrupunda yer alan Lüksemburq yığmasının oyunlarının məkanı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Azərbaycanla eyni qrupda yer alan adıçəkilən komandanın millimizlə matçlarının da yeri bilinib.

Lüksemburqlular sentyabrın 5-də ilk turda yığmamızın qonağı olacaq. Luk Holtsun yetirmələri həmin gün Bakı Olimpiya Stadionunda millimizlə üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da start götürəcək.

Lüksemburqlular ev oyunlarının hamısını isə 8000 tamaşaçı tutumuna malik "Jozi Bartel" stadionunda keçirəcək. Yığmamızla cavab qarşılaşması sonuncu - VI tur çərçivəsində noyabrın 17-də olacaq. "Jozi Bartel"dəki matçın start fiti Bakı vaxtı ilə 23:45-də səslənəcək.

Millimiz qrupda Lüksemburqla yanaşı, Kipr və Monteneqro ilə mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”