De Byazi tanış simanı millimizdə özünə köməkçi gətirir

11 İyul 2020 10:52 Milli komanda 1 035
De Byazi tanış simanı millimizdə özünə köməkçi gətirir

Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin köməkçilərindən biri müəyyənləşib.

Sportinfo.az-ın İtaliya mətbuatına istinadən məlumatına görə, 64 yaşlı mütəxəssis Albaniya millisindən yaxşı tanıdığı, "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqollini də yığmaya gətirir.

Hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edən 38 yaşlı müdafiəçinin məşqçilər korpusunda olacağı gözlənilir. Aqolli bir müddət, o cümlədən 2016-cı il Avropa çempionatı qarşılaşmalarında Albaniya millisinin kapitanı olub.

Qeyd edək ki, 2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. O, ötən ay komandası ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”