"Maliyyə tələbi yüksək idi, Bakıda qalmaq niyyətində deyildi"

11 İyul 2020 11:48 Milli komanda 1 112
"Maliyyə tələbi yüksək idi, Bakıda qalmaq niyyətində deyildi"

AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında Roy Kinin Azərbaycan millisinin baş məşqçi postuna namizədliyi məsələsi üzərində ciddi müzakirə getməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə milli assosiasiyanın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov məlumat verib.

Onun sözlərinə görə, səbəb irlandiyalı mütəxəssisin irəli sürdüyü şərtlər olub: "Kinin həm maliyyə tələbi yüksək idi, həm də o, Azərbaycana yalnız yığmanın toplanışından-toplanışınadək gəlmək istəyirdi. Yəni Bakıda qalmaq niyyətində deyildi. Bu səbəbdən onun məsələsi çox da müzakirə olunmadı" (report).

V.Sadıqov bildirib ki, millinin yeni baş məşqçisi seçimi italiyalı Canni De Byazi ilə yerli mütəxəssis Arif Əsədov arasında aparılıb. İcraiyyə Komitəsi üzvlərindən 8-i De Byazinin, 5-i isə Arif Əsədovun lehinə səs verib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”