O, ilyarım Azərbaycandan evinə pul daşıyacaq

10 İyul 2020 17:38 Milli komanda 1 264
O, ilyarım Azərbaycandan evinə pul daşıyacaq

AFFA-nın Azərbaycan millisinin yeni baş məşqçi Canni De Byazi ilə imzalayacağı müqavilənin müddəti bəlli olub.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssislə 1.5 illik müqavilə imzalanacaq.

De Byazi bu müddətdə 900 min avro qazanacaq. Əgər yığmamız UEFA Millətlər Liqasının S Divizionunda yer aldığı qrupu ilk pillədə bitirirsə, onunla anlaşmanın ikinci hissəsi avtomatik qüvvəyə minəcək.

Komandamız Monteneqro, Kipr və Luksemburqun olduğu qrupda ikinci, yaxud daha aşağı yerlərdən birini tutarsa, bu zaman müqavilənin gələcək taleyi AFFA-nın qərarına bağlı olacaq.

Təbii ki, Canni De Byazi burada başqa bonuslar da gözləyir. Hər qələbəyə görə mükafat alacaq. Milli qarşısına qoyulan birinci məqsədinə çatarsa, ona böyük məbləğdə «ənam» veriləcək.

Apenninli mütəxəssis fəaliyyətdə olduğu müddətdə vaxtının çoxunu Bakıda keçirəcək. O, şəhərin mərkəzində mənzil və xidməti avtomobilə təmin olunacaq.

COVID-19 pandemiyası əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni De Byazi ilə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müqavilə imzalanacaq.

Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdiriləcək (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə). Arif Əsədov baş məşqçinin köməkçisi təyin olunub.

AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"