AFFA 6 il öncə ondan imtina etmişdi, indi…

10 İyul 2020 09:28 Milli komanda 1 082
AFFA 6 il öncə ondan imtina etmişdi, indi…

Millinin yeni baş məşqçisinin adı bu gün məlum olmalıdır.

Hər halda AFFA İcraiyyə Komitəsi bəlli bir fasiələdən sonra videokonfrans keçirəcək və Nikola Yurçeviçdən boşalan kresloya kimi əyləşdirəcəyini açıqlayacaq.

Artıq müzakirələrə, hətta fal açmağa da gərək yoxdur. Canni de Byazi hazırda Bakıdadır və federasiya rəhbərliyi ilə görüşlər keçirib.

Qeyri-adi hadisə baş verməsə, son anda hansısa möcüzə olmasa, italyan rəsmən yığmanın sükanı arxasına keçəcək. 64 yaşlı apenninli ilə anlaşma müddəti 1+2 illikdir. O, komandanı UEFA Millətlər Liqasına hazırlamalı, uğur qazandırmalıdır.

C Divizionunda mübarizə aparacaq yığma Monteneqro, Luksemburq və Kiprin olduğu qrupda birinci yeri tutmalıdır. Byazidən istənilən budur. Sentyabrın 5-də start götürəcək yarışda əldə olunacaq nəticəyə əsasən, müqavilənin ikinci bölümü qüvvəyə minəcək. Təbii ki, yepə də tərəflərin ümumi razılığı ilə.

Roy Kin? Son 9 ildə hanısa klubun, yaxud millinin baş məşqçisi olmayan irlandtyalı AFFA-nın təklif etdiyi bəzi şərtlərlə razılaşmayıb. Britaniyalı Bakıda yaşamaq istəməyib, üstəlik, nəticəylə bağlı hansısa vəd verməkdən yayınıb.

Və birbaşa 3 illik müqavilə tələbi irəli sürməyib. Canni de Byazi ilə görüşmələr daha sakit və qarşılıqlı anlaşma şəraitində keçib. İtaliyalının Albaniya yığmasındakı fəaliyyəti və təcrübəsi AFFA onun üzərində dayanmasının əsas səbəbidir.

Demə, o, hələ 2014-cü ildə, Berti Foqtsun istefaya göndərilməsindən sonra Azərbaycana gələ bilərmiş. FİFA meneceri Kamil Məmmədov onun namizədliyini AFFA-ya təklif edib.

Lakin federasiya həmin vaxt üstünlüyü Robert Prolsineçkiyə üstünlük verib. İndi isə italyan Kamil Məmmədovun vasitəçiliyi olmadan bura dəvət olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"