Millimizin hücumçusu: "Məndə koronavirus yoxdur"

9 İyul 2020 14:22 Milli komanda 1 032
Millimizin hücumçusu: "Məndə koronavirus yoxdur"

Azərbaycan millisinin və ABŞ-ın "Feniks Rayzinq" klubunun futbolçusu Rüfət Dadaşov koronavirusa yoluxmayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a 29 yaşlı hücumçunun özü məlumat verib.

Oyunçu bildirib ki, komanda yoldaşları arasında analizi müsbət çıxanlar olsa da, onun səhhəti ilə bağlı hər şey qaydasındadır: "Məndə koronavirus yoxdur. Özümü əla hiss edirəm. Hər şey yaxşıdır".

"Feniks Rayzinq" klubunun baş direktoru Bobbi Dall yerli mətbuata açıqlamasında komandanın daha 3 üzvündə koronavirus aşkarlandığını deyib. Lakin o, virusa yoluxanların adlarını açıqlamayıb.

Komanda məşqləri bərpa etdikdən sonra ümumilikdə 8 futbolçu koronavirusa yoluxub. Onlardan 5-i tam sağalaraq kollektivə qoşulub. Digər 3 oyunçunun müalicəsi isə davam edir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”