Bu baş məşqçi millimizin futbolçusundan əl çəkmir!

7 İyul 2020 12:16 Milli komanda 1 581
Bu baş məşqçi millimizin futbolçusundan əl çəkmir!

İngiltərənin "Koventri" klubu Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun transferində israrlıdır.

Sportinfo.az xəbər verir ki, birinci liqa təmsilçisinin baş məşqçisi Mark Robins "Vulverhempton"un 21 yaşlı forvardını ixtiyarında görmək istədiyini rəhbərliyə çatdırıb.

51 yaşlı mütəxəssis gənc futbolçunun sayəsində hücum xəttinin güclənəcəyini düşünür. Aşağı liqa təmsilçisi hətta bununla bağlı Premyer Liqa klubuna təklif göndərməyə hazırlaşır. Lakin "Vulverhempton"un baş məşqçisi Nuno Eşpirito Santo yığmamızın üzvünü əsas komandaya cəlb etməyi planlaşdırır.

Koronavirus pandemiyası səbəbindən yaranmış maliyyə durumunu nəzərə alan "Vulverhempton" yeni hücumçu transferi ilə bağlı problem yaşayır.

Əgər bu mövqeyə transfer edilərsə, o zaman Dadaşovun icarə əsasında "Koventri"yə keçidinə razılıq veriləcək. Renat Dadaşovun "Vulverhempton"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”